Mələy0001

Mələy0001 Sağlamlıq 29-07-2017, 19:00

DİQQƏT: Bu istilərdə beyin qanaması keçirə bilərsiniz

DİQQƏT: Bu istilərdə beyin qanaması keçirə bilərsiniz
DİQQƏT: Bu istilərdə beyin qanaması keçirə bilərsiniz




Havaların isti keçməsi bir çox sağlamlıq problemlərini üzə çıxarır. Xüsusilə, təzyiq xəstələrinin isti havalarda beyin qanaması keçirtmək riski çox yüksəkdir. Odur ki, buna qarşı ehtiyat tədbirləri görmək vacibdir. Ailem.az-ın bu yazısını oxusanız, nə etmək lazım olduğunu biləcəksiniz.

Beyin qanaması riski isti havalarda artır. Təzyiqin ani yüksəlməsi beyin qanamasına səbəb olur. Bəzi qaraciyər xəstəlikləri, yüksək dozada spirtli içki istifadəsi, damarlarda dəyişikliyin olması və laxtalanmanın qarşısını alan dərman istifadəsi də bu problemə yol açır.



Beyin qanması zamanı ciddi baş ağrısı, ürək bulanma, qusma, huşun itirilməsi kimi əlamətlər ortaya çıxır. Qanamanın yaşandığı beyin bölgəsinə bağlı olaraq iflic olma ehtimalı da var. Şəkər, damar xəstəliyi, yüksək təzyiqi olan insanlarda bu şikayətlər yaşandığı zaman beyin qanaması ehtimalı yüksək olduğundan dərhal xəstəxanaya getmək lazımdır.



– Günəşin birbaşa təsirlərindən qorunmaq üçün papaq taxın.

– Səhər saat 10:00 ilə günorta 14:00 arası günəş altında gəzməyin.

– Ac qalmayın. Sağlam və müntəzəm qidalanın.

– Gün ərzində artan su ehtiyacını qarşılayın. Təzyiq dərmanlarını vaxtında qəbul edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
696 686 633 622 596 611

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.