Günvurmadan necə qoruyaq?
Yay fəslinin gəlişi ilə insanların bəziləri günvurma halları ilə rastlaşırlar. Günvurma halları əsasən, insanlar gün altında 20 dəqiqədən çox gəzən zaman baş verir. Bəs günurmadan özümüzü necə qoruyaq?
Mövzu ilə terapevt Könül Zamanova açıqlama verib.
O bildirib ki, insan özü günvurmaya qarşı qoruna bilər. Buna görə gündəlik 2 litr sərin su için, günəşin ən qızmar olduğu saatları bayırda qalmamağa çalışın. Nazik və açıq rəngli kətan parçadan tikilmiş paltarlara üstünlük verin.
"Günvurmanın əsas əlamətləri kimi kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması və quruması, nəbzin tezləşməsi, ürək ritminin pozulması, tezləşmiş və səthi tənəffüs, qulaqlarda küy, ağır hallarda qıcolma və huşun pozulmasıdır. İstivurma günvurmaya nisbətən daha tez baş verir. İstivurma üçün günəş əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, isti havada uzun müddətli və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir. Günvurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürək bulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır".