n2006

n2006 Sağlamlıq 15-08-2024, 13:00

Təzyiqi aşağı salan 10 BİTKİ

Təzyiqi aşağı salan 10 BİTKİ
Statistikaya əsasən, dünyada 40 yaşdan yuxarı 50% insan yüksək təzyiqdən əziyyət çəkir.

Yüksək arterial təzyiq orqanizm üçün çox ziyanlıdır. Bu, ürəyin, damarların, böyrəklərin, gözlərin sağlamlığına böyük ziyan vurur, infarkt, insult, böyrək çatışmazlığı, korluq kimi ağır pozulmalara səbəb olur.

Arterial təzyiqi mütləq normada saxlamaq lazımdır. Bunun üçün xüsusi preparatlar mövcuddur. Belə preparatları xəstəyə həkim təyin etməlidir.

Bəzi bitkilər də təzyiqi aşağı salmağa kömək edə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu bitkiləri yalnız köməkçi vasitə kimi (əsas müalicə ilə parallel olaraq) istifadə etmək olar. “Gencaile.az”həmin bitkiləri təqdim edir.



Təzyiqi salmağa kömək edən bitkilər bunlardır:

– Nanə

– Yemişan

– Pişikotu

– İtburnu

– Qaragilə (meyvəsi və yarpaqları)

– Qarağat yarpaqları

– Melissa

– Şüyüd

– Zirinc (yarpaqları və meyvəsi)

– Mayaotu toxumu



Bitkiləri dəmləmə şəklində qəbul edirlər (1 x.q. quru ot + 200 ml qaynar su). Bir neçə bitkini birlikdə də istifadə etmək olar (məsələn, 1 ç.q. nanə + 1 ç.q. pişikotu + 200 ml su və s.).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
262 238 192 209 205 212

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.