"Əgər yazıçı oxucu olmadığından şikayət edirsə problem onun özündədir" - Yazıçıdan AÇIQLAMA
Bəşəriyyətin yaratmış olduğum ən böyük kəşflərdən biri kitabdır. Təbiət, cəmiyyət və insanlar daha çox kitablar vasitəsilə əlaqələnir, formalaşır, inkişaf edir. Bəs bu gün kitabların nəşr edilməsi və oxucuların kitablara marağı qaneedicidirmi?
Mövzu ilə bağlı Sun.Az -a açıqlama verən yazıçı Ülviyyə Tahir kitab satışı və oxucu marağı ilə bağlı fikirlərini bölüşüb:
"Mən nəşriyyatla müqavilə bağlamışam və bu müqavilə əsasında nəşriyyat mənə dünya standartlarında necə tələb edilirsə o məbləğdə qonarar ödəyir. Kitabın satışı, tanıdılması nəşriyyatın maraqları daxilində olur. Çünki nəşriyyat kitabı nə qədər reklam edərsə edərsə, bir o qədər də satıb, pul qazanacaq. Burda artıq maraqlar dəyişir. Yazıçının marağı müəyyən mərhələyə qədərdir. Ordan sonra isə nəşriyyatın mərhələsi başlayır. Düşünürəm ki, Azərbaycanda bu proses-nəşriyyatın və yazıçının birlikdə hərəkəti ənənəyə çevrilsə çox yaxşı olar. Bu halda yazıçı da qane olur. Düzdü hazırda qonarar aşağıdır, dünya səviyyəsində deyil. Amma yenə də müəyyən qədər yazıçını qane edəcək vəziyyətdədir.
Kitabın tanıdılmasına və satışına gəlincəsə düşünürəm ki, burda əsas kitabın mətni mühüm rol oynayır. Çünki nəşriyyat nə qədər reklam etsə də, mətnin qüvvəsi yoxdursa, o kitab satılmayacaq. Kitab özü-özünü satmalıdır.
Bu günün oxucusu da məni qane edir. 2012-ci ildən kitablarımı nəşr etdirirəm. 15 illik təcrübəmdə oxucunu öz mətnlərimlə qətrə-qətrə qazanmışam. Bu gün oxucu da var. Yetəri qədər də yaxşı kitablar nəşr edilir. Əgər hansısa yazıçı oxucu olmadığından şikayət edirsə problem onun özündədir.