HASANLY

HASANLY İdman 22-10-2024, 14:11

"Qarabağ" - "Ayaks" görüşünü idarə edəcək hakim təmsilçimiz üçün nə dərəcədə uğurludur?

"Qarabağ" - "Ayaks" görüşünü idarə edəcək hakim təmsilçimiz üçün nə dərəcədə uğurludur?
UEFA Avropa Liqasında oktyabrın 24-də keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununu idarə edəcək Nikolas Uolş daha öncə də təmsilçimizin oyunlarına təyinat alıb.

Loading.Az xəbər verir ki, Uolş 2022/23 mövsümündə Konfrans Liqasının pley-off mərhələsində baş tutan "Gent" - "Qarabağ" matçında dördüncü hakim funksiyasını yerinə yetirib. Qarşılaşma Belçika təmsilçisinin qələbəsi ilə başa çatıb.

Uolş bundan əlavə 2023/24 mövsümündə Bakıda baş tutan "Qarabağ" - "Molde" matçında VAR hakimi olub. Bu görüş isə "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Nikolas "Qarabağ"la yanaşı, bir dəfə də "Qəbələ"nin matçına təyinat alıb. 2019-cu ildə Avropa Liqasında Tbilisi "Dinamo"suna qarşı keçirilən II təsnifat mərhələsində ev oyununun baş hakimi olub. Matç "qırmızı-qaralar"ın məğlubiyyəti ilə başa çatıb - 0:2.

Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" oyununa saat 20:45-də start veriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
238 245 237 173 212 212

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.