HASANLY

HASANLY İdman 26-11-2024, 14:23

Cüneyt Çakır "Qarabağ"a görə Bakıya gəlir

Cüneyt Çakır "Qarabağ"a görə Bakıya gəlir
Türkiyənin tanınmış futbol hakimi Cüneyt Çakır Bakıya gələcək.

Loading.Az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi "Qarabağ"ın avrokubok oyununa təyinat alıb.

O, Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" komandasına qarşı keçirəcəyi V tur matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropulos olacaq.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
272 285 279 253 274 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.