AzizA

AzizA Mətbəx 6-12-2024, 13:30

Portağallı Cheesecake

Portağallı Cheesecake


Alt qatı üçün:
1 paçka eti petit beurre peçenya (200qr)
100 qr əridilmiş kərə yağı
Pendirli hissəsi üçün
600 qr labne ( tam yağlı)
200 ml qaymaq (milla)
3 yumurta
2 x/q un
1 x/q qarğıdalı nişastası (yoxdursa yerinə un vurun)
1 st + 1x/q şəkər tozu (xrustal st)
Vanil

Portağallı sous üçün:
2 st portağalın suyu (4 ədəd portağal sıxdım)
1 x/q mısır nişastası
2x/q şəkər tozu

Not: Yumurta, labne, qaymaq otaq temp olmalı!

Hazırlanması:
Yağ əridilir, soyudulur. Peçenya un halına gətirilir. İçərisinə yağ əlavə olunub yaxşı qarışdırılır. Qaba qalka kağız qoyuruq.
Qabın diametri 26sm-dir. Peçenya ovuntusu qabın dibinə tökülüb, stəkanla düzləşdirilir, soyuducuya qoyulur. Bu arada içliyi hazırlamaq üçün qaba labne+ qaymaq əlavə olunub mikserlə qarışdırılır. Ardınca şəkər tozu əlavə olunub 5 daq çalınır. Sonra yumurtalar bir-bir əlavə olunub mikserin aşağı xodunda çalınır. Ən son vanil, un, nişasta əlavə olunub mikserin aşağı xodunda çalınır. Alt hissəsini hazırladığımız qabı soyuducudan çıxırılır, qabın qıraq, alt hissəsi daxil olmaqla falqa ilə bükürük. Ona görə ki çox qızarmasin, və su keçməsin. Sonra pendirli hissəni əlavə edirik. Listə isti su tökürük, həmin listə cheesecake qoyuruq. Əvvəlcədən qızdırılmış sobada 160 dərəcədə 1saat bişirilir. Sobanın ağzını açmırıq. Bişdikdən sonra sobanı söndürüb, ağzını aralı saxlayıb 40 dəq orda saxlayırıq, birdən istidən soyuğa çıxarmırıq. Soba listindəki suyu amma götürün.
Qaba portağalın suyu, nişasta, şəkər əlavə edib qarışdırın. Sonra qazın üzərində orta atəşdə qarışdıraraq bişirin.
Qaynadı,qatılaşdı hazırdır. Sous bir az soyuduqdan sonra soyumuş cheesecake'in üzərinə tökülür. Tam soyuduqdan sonra soyuducuya qoyuruq. Bir gecə qalsa daha dadlı olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
325 254 339 253 254 285

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.