HASANLY

HASANLY Sağlamlıq 17-12-2024, 20:43

Məşhur şəkər dərmanının yan təsirləri üzə çıxdı - Korluğa qədər…

Məşhur şəkər dərmanının yan təsirləri üzə çıxdı - Korluğa qədər…
Cənubi Danimarka Universitetinin tədqiqatçıları "Ozempic" diabet dərmanı qəbul etmək və ciddi göz xəstəliklərinin inkişafı arasında potensial əlaqəni aşkar ediblər.

Loading.Az "Life.ru"ya istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, onlar mütəxəssisləri bu dərmanın istifadəsi ilə bağlı mümkün riskləri yenidən nəzərdən keçirməyə çağırıblar.

Mütəxəssislər qeyd ediblər ki, II tip diabetli insanlarda görmə sinirinə qan tədarükü qəflətən dayanan NAION (qeyri-arterial anterior işemik optik neyropatiya) xəstəliyinin inkişaf riski artır. Bu, görmə itkisinə və digər ciddi görmə problemlərinə səbəb ola bilər.

Göz xəstəlikləri professoru Jakob Grauslund, "Biz hər il 60-70 NPION hadisəsi görürdük, lakin indi bu, 150-yə qədərdir" deyib.

Ümumilikdə, həkimlərin II tip diabetli 424.152 danimarkanı müayinə edə bildiyi iki araşdırma aparılıb. Onlardan 106 454-ü "Ozempic", 317 698-i isə digər dərmanlarla müalicə olunub. Nəticələrə görə, "Ozempic" ilə müalicə olunanlar NPION-u ikinci qrupdan olan könüllülərdən iki dəfə çox inkişaf etdirdilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 206 203 191 202 203

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.