HASANLY

HASANLY Xəbərlər 18-12-2024, 00:11

Özbəkistanda şirlər 44 yaşlı kişini parçaladılar

Özbəkistanda şirlər 44 yaşlı kişini parçaladılar
Özbəkistanın Daşkənd vilayətində özəl zooparkda üç şir mühafizəçini parçalayıb.

Loading.Az xəbər verir ki, bu barədə vilayət polis idarəsinin Mətbuat Xidməti məlumat yayıb.

"Bu gün, dekabrın 17-də Daşkənd vilayətinin Parkent rayonunda yerləşən "Lion Park" özəl zooparkında bir qəfəsdə saxlanılan üç şir qəfəsdən qaçıb. Şirlər orada gözətçi işləyən vətəndaşa hücum edib və ona xəsarət yetiriblər. Təəssüf ki, 44 yaşlı vətəndaş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib", - məlumatda bildirilir.

Qeyd olunur ki, hadisə nəticəsində başqa heç kim xəsarət almayıb; yırtıcılar xüsusi qəfəsə qaytarılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerində əməliyyat-istintaq tədbirləri həyata keçirirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 190 182 178 177 218

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.