ice berg

ice berg Mətbəx 18-12-2024, 12:12

Bananlı və şəkərsiz şokoladlı donuts resepti - Asandır

Bananlı və şəkərsiz şokoladlı donuts resepti - Asandır


Uşaqların ən çox sevdiyi şirniyyatlardan biri də məhz donutslardır. Çox vaxt alınsa da, əslində onları evdə hazırlamaq çox asandır. Həm də daha sağlıqlıdır.

Loading.aZ dadlı donuts reseptini təqdim edir:

Lazım olan ərzaqlar:

Banan - 2 ədəd;

Yumurta - 2 ədəd;

Kakao - 1 yemək qaşığı;

Qabartma tozu - 1/2 çay qaşığı;

Yulaf əzməsi - 80 qram.

Hazırlanması:

Əvvəlcə yumurta və bananı doğrayın və blenderlə qarışdırın. Ardınca digər maddələri əlavə edin və proseduru təkrarlayın.

Xəmiri qəlibə yerləşdirin və 180 dərəcədə 35-40 dəqiqə sobaya qoyun. Zövqə uyğun olaraq hazır donutların üzərinə şokolad və ya qatılaşdırılmış süd əlavə edin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
306 300 256 207 186 253

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.