HASANLY

HASANLY Məşhurlar 20-12-2024, 12:14

Rusiyalı müğənni intihar edən keçmiş ərinin dəfn xərclərini öz üzərinə götürdü

Rusiyalı müğənni intihar edən keçmiş ərinin dəfn xərclərini öz üzərinə götürdü
Rusiyalı müğənni Anna Sedokova keçmiş əri, basketbolçu Yanis Timmanın meyitinin vətəninə nəqli və dəfn mərasiminin təşkili ilə bağlı bütün maliyyə xərclərini öz üzərinə götürüb.

Loading.Az-ın məlumatına görə, bu barədə müğənninin PR meneceri Anna Çernavskix "İzvestiya"ya bildirib.

Onun sözlərinə görə, dəfn xidmətlərinin lazımi hissəsi artıq ödənilib.

Anna Yanisin qohumlarının gəlişinin təşkilinə görə "Alikson Team" basketbol komandasına və onun rəhbəri Həsən Mustafayevə təşəkkür edib.

Çernavskix əlavə vəsait toplanmasına ehtiyac olmadığını qeyd edib.

Dekabrın 17-də müğənni Anna Sedokovanın keçmiş əri, latviyalı basketbolçu Yanis Timmanın Moskvada intihar etdiyi məlum olub. Onun telefonunda "Annaya zəng edin" və telefon nömrəsi yazılmış ekran şəkli olduğu qeyd edilib.

Keçmiş ərinin ölümünü şərh edən Sedakova son illərdə "cəhənnəmdə yaşadığını" deyib. O, həmçinin ictimaiyyətdən Timmanın intiharı barədə yazmamasını xahiş edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
263 257 175 192 223 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.