Bir paxlava...

Maddi vəziyyətimiz mən balacaykən çox yaxşı deyildi...Atam o gecə evə bir az paxlava almışdı, o axşam çayla bərabər bir gözəl yedik...Sabahısı gün Novruz bayramına görə sinifdə öz aramızda şənlik var idi...Anam çantama bir dənə paxlava və bir qabda zeytun, pendir qoydu...Səhər məktəbə gəlib sinifə girdim, hər kəsin qabağında tortlar, şirniyyatlar...Sinfimizin ən dələduz uşağı başımın üsdündə durub gülərək "o paxlavanı siçanlar üçün gətirmisən deyəsən" dedi...Mən o an utandığımdan yerin dibinə girdim, hər kəs gülməyə başladı...Ağlayaraq məktəbdən çıxdım və gəlib anama qışqırmağa başladım..."Necə bir dənə paxlava qoyarsan?..Sinifdəkilərin çantasında bir sürü yemək vardı, məndə isə bir paxlava, bir az da zeytun-pendir...Məni biyabır etdin" dedim...O an anam qırğın bir formada "paxlavalardan mənim payıma düşən buydu uşağım" dedi...O anda özümdən nifrət etdim...Anamı qucaqlamağa belə üzüm yox idi...Bilirəm anam mənə qırılmaz, ancaq mən özümdən qırıldım...Belə bir anaya bunu etdiyim üçün 10 yaşımdan bu yana hər gecə Allahın məni bağışlaması üçün dua edirəm və o gündən bu günə ağzıma almadığım tək şirniyyat PAXLAVADIR..!








