AzizA

AzizA Şeirlər 8-05-2025, 17:30

Tanımadı qapım səni

Tanımadı qapım səni

Görünmədin bir kimsəyə
Çətin mən də tapım səni.
Qanadım yox uçum göyə
Göy üzundə tapım səni.

Göyə qalxan tüstüdəmi,
Bir buludun üstündəmi,
Məsciddəmi, kilsədəmi, -
Hansı dində tapım səni?

Mən bu Allahsız ölkədə
Azmışam yolu bəlkə də.
Hansı dalanda, döngədə,
Hansı tində tapım səni?

Bilmirəm necəsən, necə? -
Bilmirəm bəlkə bu gecə
Sən idin qapımdan keçən
Tanımadı qapım səni...

Ramiz Rövşən

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
463 484 422 482 459 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.