HASANLY

HASANLY Xəbərlər 14-05-2025, 11:27

Pakistandan cavab tədbiri - Hindistanlı diplomata 24 saat vaxt verildi

Pakistandan cavab tədbiri - Hindistanlı diplomata 24 saat vaxt verildi

Pakistan Hindistan səfirliyinin əməkdaşını rəsmi statusuna uyğun gəlməyən fəaliyyətinə görə "arzuolunmaz şəxs" elan edib.

Loading.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

"Bu qərar diplomatik normalara uyğundur və Pakistanın öz suverenliyini qoruyub saxlamaq öhdəliyini əks etdirir", - məlumatda qeyd olunub.

Hindistanın müvəqqəti işlər vəkili Pakistan XİN-ə çağırılıb və orada ona müvafiq demarş verilib.

Adı və vəzifəsi açıqlanmayan Hindistan səfirliyinin əməkdaşı 24 saat ərzində Pakistanı tərk etməlidir.

Qərar Hindistanın çərşənbə axşamı Pakistanın Nyu-Dehlidəki səfirliyinin əməkdaşını diplomatik statusuna uyğun olmayan fəaliyyətlərə görə "persona non grata" elan etməsinə cavab olaraq qəbul edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 216 217 220 222 233

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.