AzizA

AzizA Sağlamlıq 26-05-2025, 13:30

Qaraciyəri piylənmədən qoruyan içki

Qaraciyəri piylənmədən qoruyan içki

Orta dərəcədə qəhvə qəbulu qaraciyərin sağlamlığına müsbət təsir edir və qaraciyərin piylənmə riskini azaldır".

Bunu amerikalı diyetoloq Kelsi Mur  müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, qaraciyər orqanizmdə əsas rol oynayır, qanın süzülməsinə, qida maddələrinin emalına və saxlanmasına, zəhərli birləşmələrin, o cümlədən spirt və narkotiklərin çıxarılmasına cavabdehdir. Xroniki xəstəliklərin qarşısının alınması üçün onun sağlamlığının qorunması vacibdir.

Mur diqqətə çatdırıb ki, çoxsaylı tədqiqatlar qəhvə qəbulu ilə qaraciyərin alkoqolsuz piylənməsi xəstəliyinin inkişafı riskinin azalması arasında əlaqə olduğunu göstərir:

"Bu xəstəlik əsasən tərkibində doymuş yağların çox olduğu qidaların uzun müddət istehlakı səbəbindən inkişaf edir".

Diyetoloq əlavə edib ki, qəhvə qaraciyərin fibrozuna qarşı qoruyucu təsir göstərə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
184 188 158 145 124 198

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.