ice berg

ice berg Sağlamlıq 28-05-2025, 14:00

Hazır souslar yeməyin dadını artırır

Hazır souslar yeməyin dadını artırır


Ketçup, mayonez və digər souslar yeməyə dad qatmaqla yanaşı sağlamlıq üçün gizli təhlükələr daşıyır. Loading.az bildirir ki, bu sousların əksəriyyəti yüksək miqdarda şəkər, duz və konservantlar ehtiva edir. Xüsusilə ketchup tərkibindəki şəkər nisbəti səbəbindən qan şəkərini sürətlə yüksəldə bilər.

Mayonez isə yüksək yağ tərkibi ilə ürək-damar xəstəlikləri üçün risk amilidir. Eyni zamanda bəzi souslarda monosodyum qlutamat (MSG) kimi dad artırıcı maddələrə rast gəlinir. Bu maddə bəziləri üçün baş ağrısı, təzyiqin yüksəlməsi və allergik reaksiyalara səbəb ola bilər.

Sousların sənaye üsulu ilə hazırlanması zamanı onların dadı dəyişməsə də, tərkibindəki qatqılar insan sağlamlığına mənfi təsir göstərir. Evdə hazırlanmış souslar daha təhlükəsiz və nəzarətli olur. Təbii qatqılarla, az miqdarda hazırlanmış ev sousları həm dadlı, həm də sağlamlıq baxımından üstündür. Xüsusilə uşaqların qida rasionunda sənaye souslarına yer verilməməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 165 206 186 210 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.