AzizA

AzizA Sağlamlıq 13-11-2025, 17:30

Səhər yeməyində bu qidanı yeyin - İnfarkt riskini kəskin azaldır

Səhər yeməyində bu qidanı yeyin - İnfarkt riskini kəskin azaldır

Səhər yeməyində tam taxıl lifinin müntəzəm qəbulu ürək və damar sağlamlığını əhəmiyyətli dərəcədə qoruyur.

Kolumbiya Universitetinin Mailman İctimai Səhiyyə Məktəbində aparılan tədqiqatda müəyyən edilib ki, gündə cəmi 5 qram taxıl lifi arterial tıxanıqlığı və iltihabı azaldaraq ürək tutması riskini 40%-dək azalda bilər.

Tədqiqatda 4123 yetkinin məlumatları təhlil edilib və C-reaktiv protein kimi iltihab markerlərinin lif qəbulunun artması ilə əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub.

Mütəxəssislərin sözlərinə görə, taxıl lifləri meyvə və tərəvəz liflərindən fərqli olaraq damar sağlamlığına daha güclü təsir göstərir.

Dr. Rupak Şivakoti bildirib ki, "əhalinin çoxu kifayət qədər lif qəbul etmir. Halbuki, bu sadə qida dəyişiklikləri ürək-damar sağlamlığını xeyli yaxşılaşdıra bilər."

Araşdırmanın nəticələri JAMA Network Open jurnalında dərc olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
144 161 146 152 145 177

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.