cabir

cabir Xəbərlər 1-06-2026, 20:00

"Ukraynadakı böhran Aİ-yə qoşulmaq cəhdləri ilə başladı" - Putin

"Ukraynadakı böhran Aİ-yə qoşulmaq cəhdləri ilə başladı" - Putin

Ukraynadakı böhran Ermənistanda hazırda müşahidə olunan vəziyyətə bənzər proseslər fonunda başlayıb.                       Sun.Az              

xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Astanada jurnalistlərə açıqlamasında bildirib. Məlumatı RİA Novosti yayıb.             

Putin qeyd edib ki, Ermənistan rəhbərliyi ölkənin maraqlarını əsas götürərək qərarlar qəbul etməlidir.

"Ermənistan xalqının maraqlarına əsaslanaraq istədiyiniz kimi edin. Hazırda hakimiyyətdəsiniz və qəbul edilən qərarlara görə məsuliyyət daşıyırsınız. Ukraynadakı böhran isə Ukraynanın Avropa İttifaqına qoşulmaq cəhdləri ilə başladı", - deyə Rusiya Prezidenti vurğulayıb.

O, həmçinin bildirib ki, Rusiya və Ermənistan xalqları arasında əsrlər boyu formalaşmış dostluq münasibətləri və xüsusi bağlar mövcuddur. Putin bu əlaqələrin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

       

         

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
100 85 85 94 99 82

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.