Katz: "İsrail atəşkəsə baxmayaraq, Livanda əməliyyatları davam etdirəcək"
İsrailin Müdafiə naziri İsrael Katz cümə axşamı bildirib ki, İsrail hələlik Livanın cənubundakı əməliyyatlarını davam etdirəcək və İsrail tərəfindən evlərindən zorla çıxarılan Livan sakinləri geri qayıda bilməyəcəklər. Sun.Az
The Jerusalem Post-a istinadən xəbər verir ki, Katz verdiyi açıqlamada qoşunların Livanın cənubundakı təhlükəsizlik zonasında, o cümlədən şənbə günü İsrail tərəfindən ələ keçirilən 900 illik qala olan Bofort qalası ərazisində qalacağını bildirib.
O, İsrailin "ABŞ-ın dəstəklədiyi hərəkət azadlığına" malik olduğu halda, İsrailin "İsrail icmalarına və ərazisinə edilən hücumlara cavab olaraq Beyrutda hücum etmək" üçün "ərazidəki terrorçu infrastrukturunu dağıtmağa" davam edəcəyini söyləyib.
Müəllif: İlkin Məmmədkərimov






