Ben Qvir: Livanda atəşkəs "ciddi səhvdir", Beyrut "Hizbullahın tərəfdaşıdır"
Milli təhlükəsizlik naziri İtamar Ben Qvir Livanda ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəsi pisləyərək, bunu "ciddi səhv" adlandırıb. Sun.Az
The Times of İsrael-ə istinadən xəbər verir ki, sağçı nazir X-də yazır: "Hizbullah Litani çayının cənubundakı ərazini tərk etməyib və Livan ordusunun onları məcburi şəkildə çıxarmaq üçün heç bir yolu yoxdur". "Livan dövləti Hizbullahın tərəfdaşıdır. Onun hökumətində Hizbullahı təmsil edən nazirlər var və Hizbullah üzvlərinin ailələri Livan ordusunda xidmət edir", - deyə o, sözünə davam edir.
Ben Qvir proqnozlaşdırır ki, "praktikada Hizbullah daha da güclənəcək və İsrail onu məğlub etmək əvəzinə, onun mövcudluğu faktını qəbul edir". O xəbərdarlıq edir ki, "Hətta Amerika Birləşmiş Ştatları prezidentinə belə "yox" deməli olduğunuz anlar olur və biz bunu etmədikdə - növbəti dəfə Hizbullah daha güclü və daha təhlükəli olduqda onunla görüşəcəyik". Nazir tam kabinet iclasının keçirilməsini və atəşkəslə bağlı səsvermənin keçirilməsini tələb edir.
Müəllif: İlkin Məmmədkərimov






