Tehran ABŞ hərbi qüvvələrinə zərbələr endirir
Tehran Küveytdə yerləşən Əli əs-Salem hərbi bazasındakı ABŞ qüvvələrinə zərbələr endirir. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, Küveytin Əs-Sara şəhərinin cənubunda da partlayış səsləri eşidilib.
Bu arada ölkənin Baş Qərargahı raket və pilotsuz uçuş aparatları ilə bağlı təhdidlərə cavab verildiyini açıqlayıb. Hava hücumundan müdafiə qüvvələri hücumların qarşısını almaq üçün fəaliyyətə başlayıb.
Məlumata görə, ABŞ-a məxsus müdafiə raketlərindən biri daxil olan raketləri zərərsizləşdirmək cəhdi zamanı uğursuzluğa uğrayaraq Küveytin sıx məskunlaşmış ərazisinə düşüb.






