ice berg

ice berg Məşhurlar 4-06-2026, 14:00

Emel Sayından pərəstişkarlarını üzən xəbər - konsertlərini bir-bir təxirə saldı

Emel Sayından pərəstişkarlarını üzən xəbər - konsertlərini bir-bir təxirə saldı

Türk sənət musiqisinin əfsanəvi simalarından olan Emel Sayın səhhətində yaranan problemlər səbəbindən qarşıdakı günlərdə keçirilməsi planlaşdırılan Bursa və Harbiye Açıq Hava konsertlərini təxirə salmaq məcburiyyətində qaldığını açıqlayıb.

 

Loading.az xarici KİV-ə istinadən xəbər verir ki, 80 yaşlı sənətçi qısa müddət müalicə alacağını bildirib və narahatlığa əsas verəcək ciddi bir vəziyyətin olmadığını vurğulayıb. Məlumata görə, bu qərarın verilməsinə səbəb vertiqo (başgicəllənmə) problemi olub. Sənətçi sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, qısa müddətlik müalicəyə ehtiyacı var və bu səbəbdən planlaşdırılan çıxışlarını ertələmək qərarına gəlib.

 

"Çox əziz dinləyicilərim, iyunun 14-də Bursa Açıq Hava və iyunun 17-də İstanbul Harbiye Açıq Hava konsertlərimizi təəssüflə bildirmək istəyirəm ki, daha sonrakı tarixə keçirmək məcburiyyətində qaldım. Biləsiniz ki, çox narahat olacağınız bir vəziyyət yoxdur, sadəcə qısa müddət müalicə almalıyam. Mənə ünvanladığınız xoş arzulara görə indidən təşəkkür edirəm. Sabah paylaşacağım videoda bu qərarın səbəblərini daha ətraflı izah edəcəyəm", - sənətçi qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
135 94 117 83 100 117

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.