ABŞ ordusu İranda hərbi obyektin vurulduğunu açıqladı
ABŞ ordusu İranın Qeşm adasına zərbə endirib. Sun.Az
xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkə hesabında məlumat yayıb.
Bəyanatda bildirilib ki, Amerika qüvvələri Yaxın Şərqdə onlara qarşı həyata keçirildiyi iddia olunan hücum cəhdlərinə cavab olaraq Qeşm adasında özünümüdafiə məqsədli əməliyyat keçirib.
Məlumata görə, ABŞ-ın endirdiyi zərbə İranın hərbi quru qüvvələrinin idarəetmə məntəqəsini hədəf alıb.






