Avropa-Rusiya münasibətlərində yeni mərhələ başlaya bilər
Almaniya son həftələrdə Rusiya ilə mümkün danışıqlara intensiv hazırlıq aparır. Sun.Az
xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniya Kanslerliyi bu məsələ ilə bağlı xüsusilə Fransa və Böyük Britaniya nümayəndələri ilə müntəzəm məsləhətləşmələr aparır.
Qəzetin sözünə görə, Avropa tərəfi ilə Rusiya arasında danışıqların başlanması üçün imkanlar tədricən formalaşır və dialoq pəncərəsi getdikcə genişlənir.






