cabir

cabir Xəbərlər 5-06-2026, 22:30

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən                   Sun.Az             -a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.                     

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq və dağətəyi rayonlardan başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 21-26° isti olacaq.

                                                

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
91 84 83 80 79 88

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.