Ermənistan parlamentinə üç siyasi qüvvə daxil oldu
Ermənistanda keçirilən seçkilərin nəticələrinə əsasən, yeni parlamentdə üç siyasi qüvvə təmsil olunacaq. Sun.Az xəbər verir ki, bu barədə RİA Novosti ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarına istinadən məlumat yayıb.
Nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiya səslərin 49,7 faizini qazanaraq birinci olub. İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyası 23,27 faiz, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə 9,9 faiz səs toplayaraq parlamentə daxil olub.
Məlumatda qeyd olunur ki, Paşinyanın partiyası əldə etdiyi nəticə sayəsində hökuməti təkbaşına formalaşdırmaq imkanına malik olacaq.






