ice berg

ice berg Məşhurlar 29-08-2026, 11:00

Yeni Ceyms Bond kim olacaq? 6 namizəd var

Yeni Ceyms Bond kim olacaq? 6 namizəd var

Daniel Kreyqdən sonra Ceyms Bond obrazını kimin canlandıracağı ilə bağlı seçim prosesində son mərhələyə keçilib.

 

Loading.az xəbər verir ki, ekran yoxlamaları üçün 6 aktyorun önə çıxdığı bildirilir.

 

Məlumata görə, namizədlər arasında Cek Barton, Cek Loden, Kallum Törner, Ceykob Elordi, Pol Meskal və Harris Dikinson yer alır.

 

Namizədlər arasında ən böyük sürpriz “Heartstopper”, “SAS: Rogue Heroes” və “Poor Things” filmlərində rol alan Cek Barton hesab olunur.

 

Cek Loden və Kallum Törnerin adları isə uzun müddətdir yeni Bond üçün namizədlər sırasında çəkilir.

 

Digər namizədlər – Ceykob Elordi, Pol Meskal və Harris Dikinson da tanınmış aktyorlardır.

 

Yeni “Ceyms Bond” filminin rejissoru “Dune” filmləri ilə tanınan Denis Vilnöv olacaq. Ssenarini “Peaky Blinders” serialının müəllifi Stiven Nayt yazır.

 

Sentyabrda keçirilməsi gözlənilən ekran yoxlamalarından sonra yeni Bondun kim olacağı ilə bağlı prosesin daha da konkretləşəcəyi bildirilir.

 

Lakin namizədlərdən hər hansı birinin seçildiyi hələ rəsmi açıqlanmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
45 61 74 44 46 53

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.