Луна

Луна Mətbəx 27-10-2020, 16:30

Unsuz, Əncirli, Şokoladlı Peçenye

Unsuz, Əncirli, Şokoladlı Peçenye

Tərkibi:

12 ədəd əncir qurusu
2 ədəd yumurta ağı
1 stəkan şəkər tozu
1,5 stəkan çəkilmiş qoz ləpəsi

Üzəri üçün:
3 paket (80 qramlıq) südlü şokolad

Hazırlanma qaydası:

Əncirləri iri formada doğrayıb bir qaba qoyun. Üzərinə şəkər tozu, yumurta ağı və çəkilmiş qoz ləpəsi əlavə edib yoğurun. Hazırladığınız kütlədən qoz böyüklüyündə parçalar qoparıb yuvarlayın. Yağlı kağız sərilmiş soba sinisinə düzüb əvvəlcədən 165 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Soyuması üçün kənara qoyun. Üzəri üçün şokoladı su hamamında əridin. Soyuyan peçenyeləri iki çəngəl köməyiylə şokolada batırıb, yağlı kağızın üzərinə yerləşdirin. Bərkidikdən sonra süfrəyə verə bilərsiniz.

Nuş Olsun! :)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
561 505 557 493 551 474

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.