n2006

n2006 Mətbəx 7-07-2022, 13:30

Unsuz, Əncirli, Şokoladlı Peçenye

Unsuz, Əncirli, Şokoladlı Peçenye
Şirin bir şeylər yemək istəyirsiniz və siz pəhrizdəsiniz? O zaman bu resepti mütləq sınamalısınız! LoaDinG.Az unsuz, əncirli, şokoladlı peçenyenin reseptini təqdim edir.

Tərkibi:

12 ədəd əncir qurusu
2 ədəd yumurta ağı
1 stəkan şəkər tozu
1,5 stəkan çəkilmiş qoz ləpəsi
Üzəri üçün:

3 paket (80 qramlıq) südlü şokolad
Hazırlanma qaydası:

Əncirləri iri formada doğrayıb bir qaba qoyun. Üzərinə şəkər tozu, yumurta ağı və çəkilmiş qoz ləpəsi əlavə edib yoğurun. Hazırladığınız kütlədən qoz böyüklüyündə parçalar qoparıb yuvarlayın. Yağlı kağız sərilmiş soba sinisinə düzüb əvvəlcədən 165 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Soyuması üçün kənara qoyun. Üzəri üçün şokoladı su hamamında əridin. Soyuyan peçenyeləri iki çəngəl köməyiylə şokolada batırıb, yağlı kağızın üzərinə yerləşdirin. Bərkidikdən sonra süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 383 401 397 395 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.